Güclü külək əsəcək, yağış, qar yağacaq-XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Etikxeber.az-a verilən məlumata görə, martın 22-si gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s, 23-ü gündüzdən 24-ü səhərədək isə cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Martın 22-si şimal və qərb rayonlarında, 23-ü axşamdan 25-i gündüzədək isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.

Etikxeber.az

Read Previous

“O, erkən parlament seçkisi elan etməklə müxalifəti parçalamağa müvəffəq oldu…”-POLİTOLOQ

Read Next

7 Şəhid anası-MİLLƏT VƏKİLİNDƏN NƏ XAHİŞ ETDİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir