Güclü külək əsəcək, yağış yağacaq-XƏBƏRDARLIQ

ETSN-in Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Etikxeber.az-ın xəbərinə görə, xəbərdarlıqda bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 27-si axşam, 28-də şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.

Azərbaycanın rayonlarında iyulun 27-si axşam respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Dolu düşəcəyi ehtimalı var. Gözlənilən intensiv yağışla əlaqəli bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Qərb, şimal-qərb küləyi arabir güclənəcək.

Əlverişsiz hava şəraiti iyulun 29-dək davam edəcək.

Etikxeber.az

Read Previous

“Azərbaycan daim öz sözünü deyib və hələ deyəcək də!”-MİLLƏT VƏKİLİ YAZDI

Read Next

Xəzər İbrahim Rəşad Məmmədovla, Vaqif Sadıqov Qalib İsrafilovla-ƏVƏZLƏNDİ, ABŞ, BÖYÜK BRİTANİYA, BELÇİKA, İSVEÇRƏ, LATVİYA VƏ ESTONİYAYA YENİ SƏFİRLƏR TƏYİN OLUNDU – SƏRƏNCAMLAR – YENİLƏNİB – (9)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir