Güclü külək ciddi fəsadlar yaratdı, bəzi bölgələrdə hələ də elektrik enerjisi yoxdur – “AZƏRENERJİ” GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNƏ KEÇDİ

Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, yerlərə əlavə texnika cəlb edilib:

“Bu gün səhərdən müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb edilib. Bu, baş verə biləcək kəsinti və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.

Mətbuat xidmətinin rəhbəri bəzi regionlarda elektrik enerjisi təchizatında qısamüddətli kəsinti olduğunu qeyd edib:

“Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə düşən Nabran qəsəbəsində 10 kVt-luq”Muxtadı” hava xətti, “Şirvan” RETSİ-nin ərazisində olan Neftçala şəhərini qidalandıran hava xətti, “Qərb” RETSİ-nin ərazisindəki Tovuz, Şəmkir və Ağstafa rayonlarının ərazilərindəki elektrik ötürücü xətlərinə verilən elektrik enerjisi təchizatı küləkli hava şəraitində təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb və qısa müddətdə bərpa edilib”.

T.Mustafayevin istehlakçılara da müraciət edib:

“Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem yaxud qəza halı gördükdə 24 saat fəaliyyət göstərən “199” saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

Etikxeber.az

Read Previous

Qar yağır – QUBANIN XINALIQ VƏ QIRIZ KƏNDLƏRİNƏ

Read Next

“Biz passiv olacağıqsa…” – POLİTOLOQ MƏMMƏDYAROVA VƏ RƏSMİLƏRƏ SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir