Güclü külək Lerikdə və Ələt-Astara yolunda problemlər yaratdı…

Güclü külək səbəbindən Lerikdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayon ərazisində qısa müddət ərzində əsən güclü külək, daha sonra isə yağan leysan yağışlar səbəbindən elektrik enerjisinin verilişində problemlər yaranıb. İldırım çaxması səbəbindən rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada 3510 kilovoltluq xətdə transformatorda yanğın baş verib. Bu səbəbdən rayona elektrik enerjisinin verilişi kəsilib. Bundan başqa rayonun bəzi ərazilərinə dolu düşüb. Yağan dolu bəzi taxıl zəmilərinə və meyvə ağaclarına ziyan vurub.

Eyni zamanda, güclü külək səbəbindən Ələt –Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində problemlər yaranıb. Ələt –Astara yolunun 140-145-ci kilometrliyində, ayrı-ayrı yerlərdə 20-dən çox irigövdəli ağac kökündən qoparaq yolun hərəkət hissəsinə düşüb.

Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə düşmüş ağaclar doğranılaraq ərazidən uzaqlaşdırılır.

Etikxeber.az

Read Previous

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər – NAZİR

Read Next

O olmasaydı, bunlar indi olmazdı… – AKADEMİK YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir