Güclü qar Lənkəran-Lerik yolunda da çətinliklər yaratdı

Güclü qar Lənkəran-Lerik yolunda çətinliklər yaradıb.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.

Yağıntı rayonun bütün yaşayış məntəqələrini əhatə edib. Belə ki, qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 10-14 sm təşkil edib. Qar əsasən Lənkəran-Lerik şosesində ciddi problemlər yaradıb. Əraziyə 43 saylı rayon Yol-İstismar Sahəsinin işçi qüvvəsi və ağır texnikası cəlb olunub. Yolda avtomaşınların hərəkəti bərpa olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti ayın sonuna  kimi davam edək. Hazırda yüksək dağlıq ərazilərdə temperaturun mənfi 8 dərəcəni göstərir.

Etikxeber.az

Read Previous

Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan yollarındakı vəziyyəti açıqladı

Read Next

Neftimiz yenidən ucuzlaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir