Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov ləğv edilmiş “Bank Standard”da sabiq millət vəkili Gülər Əhmədovanın qarşılaşdığı problemlə bağlı rəsmi açıqlama verib.
Etikxeber.az-ın xəbərinə görə, A.Cavadov bildirib ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun 27- ci maddəsinə əsasən, əmanətlər sığorta hadisəsi baş verdiyi günə görə, Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. İcraçı direktor bu haqda deyilənləri absurd hesab edib. O bildirib ki, qanuna görə, belə şey ola bilməz. “Biz hər hər gün nə qədər əmanətçinin əmanətini qaytarırıq. Belə problem də heç kimin başına gəlməyib. Məgər, bu, təkcə Gülər Əhmədovanınmı başına gəldi?”– deyə, o, bildirib. A.Cavadov qeyd edib ki, “Bank Standard”da sığorta hadisəsi oktyabrın 4-də baş verib: “Həmin gün məzənnə 1.6138 olub. Necə ola bilər ki, 0,78 məzənnəsi ilə əmanət müştəriyə qaytarılsın. Gülər Əhmədova özü deputat olduğu dövrdə, eləcə də millət vəkili Vahid Əhmədov da həmin vaxt bu qanuna səs veriblər”.
A.Cavadov qanunu pozmağa heç kimin hüququ olmadığını da söyləyib: “Qanunu açıb oxumaq lazımdır, onun maddəsini kim poza bilər ki? Mən bu problem mətbutada işıqlandırılandan sonra Vahid Əhmədovun özü ilə də danışdım. Ola bilər ki, jurnalistlər yanlış başa düşüb. Millət vəkili özü səs verdiyi qanunla bağlı belə bir şey deyə bilməz”.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən həftə keçirilən iclasında deputat Vahid Əhmədov keçmiş həmkarı Gülər Əhmədovanın problemlərlə qarşılaşdığını bildirib. O çıxışında qeyd edib ki, sabiq millət vəkili G.Əhmədovaya ləğv edilmiş “Bank Standard”a qoyduğu 27 min ABŞ dolları məbləğindəki depoziti 0,78 məzənnəsi ilə qaytarmaq istəyirlər. Nəticədə isə ona 27 min ABŞ dolları yox, 16-17 min dollar təklif edilir.
Etikxeber.az