Güləş üzrə hərbçilərin 31-ci dünya çempionatını ikinci yerdə başa vuran komandamız Vətənə qayıdıb

Beynəlxalq Hərbi İdman Şurasının (CISM) himayəsi altında Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatını ikinci yerdə başa vuran Azərbaycan yığma komandası sentyabrın 26-da Vətənə qayıdıb.

Etikxeber.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilərin yaxınları, idmansevərlər və KİV nümayəndələri gül-çiçəklə qarşılayıblar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı dünya çempionatında 4 qitəni təmsil edən 35 ölkədən 300-dən çox idmançı mübarizə aparıb. Dünya çempionatının sərbəst və yunan-Roma güləşi yarışlarında iştirak edən idmançılarımız 2-si qızıl, 4-ü gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar. Azərbaycan yığmasına qızıl medalları Həsən Əliyev və Ağahüseyn Mustafayev qazandırıblar. Millimiz komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan-Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Həmçinin dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakim Elman İsmayılov da daxil idi.

Etikxeber.az

Read Previous

“Müfəttiş” qayıtdı…

Read Next

“Referendum ümumxalq etimadının testi idi və kifayət qədər uğurlu oldu”-YAP

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir