Gülənin ekstradisiyası yenidən gündəmdə

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 26-27 oktyabr tarixlərində ABŞ-a planlaşdırılan səfəri zamanı bu ölkənin baş prokuroru Loretta Liçlə görüşmək niyyətində olduğunu bildirib.

Etikxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirin bildirdiyinə görə, görüş zamanı Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi müzakirə olunacaq.

O, deyib ki, oktyabrın 25-də ABŞ-a yola düşəcək.

“ABŞ-ın baş prokuroru ilə görüş  oktyabrın 26-27-nə planlaşdırılıb. FETÖ-nün təsisçisi və rəhbərinə qarşı ABŞ-a təqdim edilən hüquqi sənədlərin və çevriliş cəhdi ilə əlaqədar onun həbsinə dair bizim sorğumuzun müzakirəsi səfərin əsas məqsədidir”– deyə, B. Bozdağ jurnalistlərə bildirib.

Etikxeber.az

Read Previous

Tanınmış skripkaçı İngiltərədə konsert proqramı ilə çıxış edəcək

Read Next

“Ermənistan vərəqləri”ni ifşa edən AŞ-nin səsi nə zaman çıxacaq?!”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir