Güləşçilərimiz Kiyevdə mübarizə aparır

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir davam edir.

Güləş Federasiyasından Etikxeber.az-a verilən məlumata görə, turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edir.

Güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalı Tatyana Omelçenko (60 kq), gümüş medalı Türkan Nəsirova (48 kq), bürünc medalları isə Gitinomaqomed Hacıyev və Məhəmməd Müslümov (hər ikisi 65 kq) qazanıb.

İkinci yarış günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq, qadın güləşi üzrə 53, 58, 63 və 75 kq çəkidə idmançılar mübarizə aparır.

Etikxeber.az

Read Previous

“Mançester Yunayted”in ev oyunlarında azarkeşlərə şərab satılacaq

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir