Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyənin sabiq prezidenti, AKP-nin qurucularından olan Abdullah Gül nəhayət, bu gün səssizliyini pozub.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, A. Gül ilk öncə CXP əski genəl başqanı Dəniz Baykalın 2019-cu ilin prezident seçkilərində onun müxalifətin namizədi olmasına təklifinə münasibət bildirib.
O, Baykalın sözlərini və təklifini “Bir siyasətçinin partiyaiçi hesabları” kimi dəyərləndirərək belə deyib:
“Heç ciddiyə almadım”.
Daha sonra dəfələrlə aktiv siyasətə girməyəcəyini söylədiyini xatırladan Gül “Amma gördüm ki, bəziləri çox ciddiyə almış. Bəzi arkadaşlar saygı səviyyəsini aşaraq nə edəcəyimi nəsihət edəcək qədər irəli getdilər ki, buna da üzüldüm”-deyə, bəyan edib.
Etikxeber.az