Gülçöhrə Məmmədova: “Universitetin bakalavr pilləsinə 1445 nəfər qəbul olunub”

Sentyabrın 15-də respublikanın bütün tədris müəssisələrində olduğu kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində də Bilik günü qeyd olunub.

Etikxeber.az xəbər verir ki,  universitetin rektoru Gülçöhrə Məmmədova yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə ali təhsil ocağının kollektivini, həmçinin tələbələri təbrik edib. Bildirib ki, Bilik gününün qeyd olunması ölkənin ictimai-siyasi həyatında vacib hadisələrdən biridir.

Rektor təhsil sahəsinə ölkəmizdə böyük diqqət və qayğı göstərildiyini, müasir dövrümüzün bilik, elm, innovasiyalar və yüksək texnologiyalar dövrü olduğunu vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan praqmatik və düşünülmüş siyasət nəticəsində Azərbaycanda elm və təhsil sahəsinə daim böyük diqqət və qayğı göstərilir və hər tədris ilinin əvvəlində biz bunun bariz nümunələrini görürük: “Bu il də onlarla, yüzlərlə tədris müəssisəsinin təmir olunduğunun, yeni, daha müasirlərinin inşasının şahidiyik”.

Respublikanın sosial-iqtisadi inkişafı və xalqımızın maddi rifahının yaxşılaşdırılmasında intellektual potensialın böyük rola malik olduğunu söyləyən G.Məmmədova bu sahədə ali təhsilin, elmin inkişafı ilə bağlı mühüm dövlət proqramlarının həyata keçirildiyini nəzərə çatdırıb.

Rektor bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr pilləsinə 1445 nəfərin qəbul olunduğunu, bu göstəricinin isə, ötən illə müqayisədə daha çox olduğunu vurğulayıb. O, həmçinin diqqətə çatdırıb ki, builki tədris ilində universitetə daxil olan tələbələr arasında yüksək bal toplamış gənclərin sayı xeyli çoxdur.

Etikxeber.az

Read Previous

Bakının işğalan azad olunduğu günüdür – Milli qürur tariximiz

Read Next

Abel Məhərrəmov: “500-700 arası bal toplayan 1296 nəfər BDU-nu seçib”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir