Gülməmmədova Fərzəliyevlə-ƏVƏZLƏNDİ – SƏRƏNCAMLAR – YENİLƏNİB

Ölkə Prezidenti İlham Əliyev İradə Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

***

Prezident həmçinin Abdin Ələsgər oğlu Fərzəliyevin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Digər Sərəncamla isə Abdin Fərzəliyev Bakının Nərimanov rayonunun İcra Hakimiyyəti başçısı vəzufəsindən azad olunub.

Etikxeber.az

Read Previous

Birinci müavin-NAZİR OLDU – SƏRƏNCAM

Read Next

20 Yanvarda-HAVA NECƏ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir