Güloğlular kənd orta məktəbində-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, TƏK OĞUL FƏXRİ QƏRİBZADƏNİN XATİRƏSİ HƏSR OLUNMUŞ TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün-31 yanvar 2025-ci il tarixində həm Bərdəli, həm də Bakılı İkinci Vətən Müharibəsi Şəhidi, üç medallı, ailənin iki övladından biri, tək və nişanlı oğul, anası tərəfindən təkbaşına və kirayələrdə böyüdülən MAXE Fəxri Qəribzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Bərdə rayonunun Güloğlular kənd ümumi orta məktəbində baş tutub.

Etikxeber.az xəbər verir ki, tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutkla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib.

Güloğlular kənd ümumi orta məktəbinin direktoru Tinatin xanım, el ağsaqqalı Hacı Ramazan, Şəhid atası Həsən Adilov, Qazi Samir Səfərov, Şəhid xanımı Etibar Hüseynova, Mayor Üzeyir Ağabalayev, Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova və digər şəxslər çıxış ediblər.

Çıxışlarda Şəhidin 26 illik qısa və şərəfli ömür və döyüş yolundan söz açılıb, İgidliyindən, Qəhrəmanlığından, Vətənpərvərliyindən danışlıb.

Şəhidin ailəsinə-anası Mehparə xanıma Allahdan səbr və dözüm arzulanıb.

Tədbirin əbədi-bədii hissəsində isə məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa edilib.

Eyni zamanda, məktəblilər tərəfindən Şəhid Fəxri Qəribzadə ilə bağlı səhnəcik nümayiş etdirilib.

Bu zaman kövrək və təsirli anlar yaşanıb.

Təbbir iştirakçıları, xüsusilə, Şəhid ailələri göz yaşlarına hakim ola bilməyiblər.

Şəhidin anası Mehparə Qəribova isə tədbirin təşkilatçılarına-Güloğlular kənd ümumi orta məktəbinin kollektivinə və tədbirin iştirakçılarına-Şəhid ailələrinə, hərbçilərə, Qazilərə minnətdarlığını ifadə edib.

3 saata yaxın davam edən tədbirin sonunda xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Rəşadət” ordenli, iki övladı Vətənə əmanət qalan, nəşi 4 ay 2 gündən sonra Əbədiyyətə uğurlanan-BU GÜN ANIM GÜNÜ OLAN RAMİL BABAYEV… – FOTOLAR – YENİLƏNİB

Read Next

Azərbaycanda 14 dərəcə isti olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir