Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarının altıncı günündə – sentyabrın 13-də Azərbaycanın iki atleti mübarizə aparacaq.
Etikxeber.az xəbər verir ki, əvvəlcə üzgüçülüyün 100 metr məsafəyə xüsusi brass növündə Dmitri Saleh yenidən mükafat uğrunda yarışacaq. Yarış Bakı vaxtı ilə saat 18:00-dan etibarən start götürəcək.
Azərbaycan atleti Yelena Çebanu bu dəfə gücünü atletikanın uzunluğa tullanma növündə sınayacaq. Yarış saat 01:41də başlayacaq.
Xatırladaq ki, Y.Çebanu indiyədək “Rio-2016” Paralimpiadasında 100 metr məsafəyə qaçışda gümüş, 200 metr məsafəyə qaçışda isə bürünc medal qazanıb.
Etikxeber.az