Gün ərzində Ermənistan ordusunun ikinci pilotsuz uçuş aparatı məhv edildi

Dekabrın 12-də Ermənistan ordusunun daha bir pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Bu, gün ərzində Ermənistan ordusunun Silahlı Qüvvələrimiz tərəfindən məhv edilən ikinci pilotsuz uçuş aparatıdır.

Etikxeber.az

Read Previous

UNICEF: Dünyada 535 milyon uşaq münaqişə və təbii fəlakət zonalarında yaşayır

Read Next

“Trabzonspor” klubu Azərbaycan yığmasının hücumçusunu icarəyə verir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir