“Günahı özünüzdə axtarın!” – NÜRİYYƏ HÜSEYNOVA TÜNZALƏ, RÖYA VƏ MİR YUSİFİN MÜDAFİƏSİNƏ QALXDI

Bir neçə gündür ki,  ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə sənət insanlarımızdan üç nəfəri Xalq artisti fəxri adına layiq görülüb.

Təbrik edirəm. Üç gündür sosial şəbəkələrdə çoxlu fikirlər – xos olan, olmayan ifadələrlə mən də rastlaşıram.

Mənim əziz millətim,  bilirsiniz ki, mən nə qədər Vətənimə, elimə, Millətimə və dəyərlərimizə bağlı bir insanam.

Dedi-qodu, kiminsə haqqında günahsız danışmaq, kiminsə haqqına girmək mənə görə deyil.

Başımı salmışam, necə deyərlər asağı, öz işlərimlə məşğulam.

Halal əməyimlə gücüm catacaq qədər mədəniyyətimizin keşiyində dayanıb, ona xidmət edirəm.

Kimsə inciməsin, real olan gerçəkliyi yazıram.

nur-2

Heç kimdə günah axtarmayın.

Hansısa bir milli musiqiyə xidmət edən müğənnilərimiz sizlərin xeyir işlərinizdə, sizlərdeə bir az artıq pul istəyəndə ( həm də canlı oxumaqdan söhbət gedir – 7-8 saat) deyirsiz ki, çoxdur, biraz endirim et, etməyəndə də deyirsiz ki, sağ ol, daha lazım deyilsən.

Sizə sual edirəm ay mənim dəyərli, qiymətli Millətim, 10 min manatdan yuxarı, özü də fonoqram ifaya, həmçinin, yarım saata, gözünüzü qırpmadan estrada janrında olan ifaçılara pul xərcləyən, məclislərinizdə onları ən başda otuzduran, şəkil çəkdirib, paylaslm etməkdən ötrü növbədə dayanan da sizlər, bizlərik.

Niyə təhqir edirsiniz, niyə xoş olmayan sözlər yazrsınız?!

Məncə, bu, cox pis bir haldır.

Ya layiq olanın qiymətini bilin, layiq olan yerlərə qaldırın, ya da layiq olmayanı göylərdə ulduza çevirməyin, kimsəni müzakirə edib, artıq-əskik, təhqiramiz, nalayiq ifadələrlə təhqir edib, xoşagəlməz, əxlaqımıza yaraşmayan şəkillər paylaşıb, sözlər yazmayın.

Onlar da bu ölkənin vətəndaşlarıdır.

Günahı özünüzdə axtarın!

Nuriyyə HÜSEYNOVA,

Əməkdar artist, xanəndə

Etikxebedr.az

Read Previous

“Təəssüf!” – ƏFLATUN AMAŞOV BƏYANAT VERDİ

Read Next

“Mövqeyimizi ortaya qoymalıyıq” – ELDAR İBRAHİMOVDAN HƏMKARLARINA VƏ YAP-ÇILARA ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir