Günaybank…Mahmud Məmmədov…”Karı”nın işıltısına yığılanlar…

Son aylar başım qardaş Türkiyəyə, 24 iyun seçimlərinə və futbola elə “qarışıb” ki, ölkəmizdə baş verənlərə, mediada yazılanlara, sosial şəbəkələrdə müzakirə olunanlarə bir o qədər də əhəmiyyət vermir, diqqət yetirmirəm…

Yekəxanalıq, qeyri-təvazökarlıq kimi çıxmasın, əslində əhəmiyyət veriləsi, diqqət yetiriləsi nəsnələr də yoxdur…

Bir qədər də açıq və sərt şəkildə ifadə etməli olsam-artıq Azərbaycanımızda çox şeylər…mənim üçün mənasızlaşıb, dəyərsizləşib…

Xüsusən də, əgər illərlə tanıdığın, yol getdiyin insanlar belə bir anın içində dəyərsizləşirsə…

Nə isə…Yəni, “şortik”, intihar, zorlama, Günaybank məsələlərinə…də xüsusi diqqət yetirməmişəm, yetirməmişdim…

Amma birdən nəsə Günaybank (orada çalışan birisinin 100 milyonu götürüb qaçması ilə bağlı yayılan xəbər…)  məsələsi məni ötən əsrə-90-lara qaytardı… Heç özüm də dəqiq bilmirəm nədən…

O 90-lara ki, nə qədər zor, çətin, ağrılı illər, dövr olsa da, ümidlərin tükənmədiyi, göylərdə uçuşduğu illər idi… Qəribə də olsa…

Günaybank deyərkən də ilk növbədə ağlıma gələn o dövrlərin tanınmış iş adamı (həm də o  zamanların əsl və qanuni media maqnatı və siyasət adamı) Mahmud Məmmədov oldu…

O Mahmud Məmmədov ki, 90-cı illərin əvvəllərində (əslində AXC hakimiiyətdən gedəndən, YAP yenicə hakimiyyətə gələndən sonra) ulduzu hər mənada parlayırdı…İlk özəl banklardan birini-Günaybankı yaratmışdı…Varlı-karlı Azərbaycan Demokratik Sahibkarlar Partiyasını (ADSP) yaratmışdı…

Kimlər də yox idi orada… “İstiqlalçı” deputatlar Mətləb Mütəllimli, Cümşüd Nuriyev, sonradan deputat olan-mərhum Xalq artistimiz Mikayıl Mirzə, məşhur “KQB” polkovniki, sabiq deputat, həm də yazıçı Yasif Nəsirli, “İslamçı” mərhum Əlikram Əliyevin qəzəlxan qardaşı-elit insan mərhum Hacı Mail, tanınmış mərhum telejurnalistlər Ələkbər Abbasov, Elşad Quliyev (Cəmil Quliyevin atası, AzTV-nin keçmiş şefi) və sair…

Adlarını çəkdiklərimi demirəm və nəzərdə tutmuram, amma çoxları Mahmudovun varının-karının və bahalı kostyumlarının işıltısına, parıltısına görə onun partiyasına, ərtafına pərçimlənmişdilər…Sonra da sabun…kimi buxarlanıb getdilər “ət iyi”nə gələnlər…

ANS-i çıxsaq ilk özəl televiziya (Bm-Ti), hər gün çıxan və köşklərdə pulsuz satılan “Günay” qəzeti, keçmiş Moskva, sonra “Anba” olan (indiki “Alov qüllələri”nin yerində idi) otel və sair və ilaxır… Tez-tez efirdə göstərilən Məmmədov…

Rəsul Quliyevin həm də gözümçıxdıya saldığı, hər mənada məhvinə çalışdığı Məmmədov…Məmmədov sonradan Rəsul Quliyevlə bağlı ifşaedici faktlar açıqlasa da, o zaman müxalifətin və medianın gözləri, qulaqları Bayramoviçin nüfuzuna və parasına görə “tutulmuşdu”…Eks-spikerlə bağlı əsl həqiqətlər “eşidilməz” olmuşdu…

Bir də 2003-2005 seçkilərindən sonra ayıldılar ki, o zaman da artıq  çox gec idi…Bayramoviç öz “rolunu” oynamışdı, “missiyasını” tamamlamışdı…

1994-cü ildə – vəzifədən yenicə gedən, istefa edən Lalə xanım Şövkətin  məşhur “Bişkək protokol”una sərt etirazını ifadə edən və Rəsul Quliyevə hədəflənən bəyanatının Mahmudovun “Bm-Ti”sində səslənməsi (əslində Lalə xanımın istefasının kökündə də Rəsul Quliyevin o zaman spiker kimi hakimi-mütləqlik iddiası, korrupsiya əməlləri dayanırdı..) və  bu bəyanatdan az sonra həmin kanalın qapadılması…

İlk teleserialın -“İtkin gəlin”in məhz həmin kanalda çəkilməsi, yayımlanması, yeni aktyorların üzə çıxması, Məleykə Əsədovanın parlaması…Həmin serialda səslənən, yəni, ünlü bəstəkar Cavanşir Quliyevin bəstələdiyi və uzun illər Aygün Kazımovun repertuarından düşməyən məşhur “Ölüm, bu dünyanın o üzündədir, Bu üzü dünyanın güldür, çiçəkdir” mahnısı…

Onunla ilk dəfə telefonla danışdığım 1998-ci il, ilk dəfə ofisində “525” 2çün müsahibə götürdüyüm və çıxanda da ovcuma dollar “basdığı” (dərhal da əlimi çəkmişdim, dolları götürməmişdim və bu ona çox xoş-gözlənilməz gəlmişdi, müsahibə boyu soyuqqanlı olan, zəhmli görkəmini saxlayan Məmmədov bir andaca dəyişmişdi bu hərəkətimdən və mənə səmimi şəkildə uğurlar arzulamışdı…) 1999-cu ilin iyunu…

Bir də səhv etmirəmsə, 2000 və ya 2001-ci ildə müsahibə almışdım o biri ofisində…Çox böyük ehtiramla qarşılamışdı da…

Ondan sonra bir daha səmimi və mədəni insan olan Mahmud müəllimi  görmədim, son zamanlara kimi də elə bilirdim ki, ölkəni tərk edib, filan…

Amma sonra bildim, yenə yerindədir, sadəcə, deyəsən, kənarda qalmağa üstünlük verir…

Heç bilmirəm nədən bunları xatırladım…

Amma xatırlamağa və xatırtlatmağa dəyər elə bilirəm ki…

kamillllllllllllllllllllllllllllllllllll

Kamil HƏMZƏOĞLU,

Oxu.Az saytının və “525-ci qəzet”in parlament müxbiri

Etikxeber.az

 

Read Previous

Laçına gedən yola artıq ordumuz nəzarət edir – ZAKİR HƏSƏNOV

Read Next

“İşğal olmasaydı, izolyasiya da olmazdı…” – MİLLƏT VƏKİLİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir