Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Ablamın doğum günüdür, özü də yubiley…
Hər zaman dərslərindən (elə hamımızın arzuladığı) aldığı “5” qiymətini, “5” rəqəmini qoşaladığı, qoşalaşdırdığı yubiley doğum günüdür…
Uşaqlıq illərimdən qiyabi (həm də eyni bölgədənik, Goranboy-Gəncəbasarlıyıq, aşağı-yuxarı yaşıdıq), 1997-ci ilin yazından (sənətə yenidən-təkar dönüşündən sonra aldığım ilk müsahibəmizdən sonra) əyani şəkildə yaxından tanıdığım, 2013-cü ildən isə dostluq, qardaş-bacılıq, ailəvi münasibətlərimiz yarandığı gündən həm sənətinə, həm Şəxsiyyətinə, eyni zamanda, çoxlarında olmayan İnsanlığına pərəstiş etdiyim bir Azərbaycan-Türk xanımının bu gün özəl-gözəl günüdür…
Bu xanım, xanımlar xanımı, bu Şəxsiyyət, bu İnsan, bu Sənətkar isə illərini, hətta sağlamlığını belə sənətinə qurban vermiş Aybəniz Haşımovadır…
O Aybəniz Haşımova ki, böyük sənətkarımız-bacısı Şahnaz Haşımovanın əlindən su içib, onun açdığı yolla, izlə sənəti yolunda on illərdir can qoymaqda, addımlamaqdır…
O Aybəniz Haşımova ki, təkcə ifaçı, müğənni, sənətçi deyil, həm də SƏNƏTKARDIR, ÖYRƏTMƏNDİR, SƏNƏT XOCASIDIR…
Neçə-neçə tanınmış, Azərbaycanı dünyada layiqincə təmsil etmiş və edən gənc ifaçılar yetişdirib və yetişdirməkdədir…
Saymaqla qurtaran, bitən deyil, hər kəsə də çoxlarının adları bəllidir…
O Aybəniz Haşımova ki, təkcə öyrətmən, xoca, sənətkar deyil, həm də VƏTƏNDAŞDIR, VƏTƏN DAŞIDIR…
Həyatının ən gözəl çağlarında, sənətinin ən pik səviyyəyə yüksəldiyi vaxtda həyat, ömür-gün yoldaşı acısını dadan, ŞƏHİD ADINA LAYİQ, ŞƏHİD ADINI UCALDAN ŞƏHİD XANIMIDIR…
1992-ci ilin 10 iyul Şəhidi Xalid Quliyevin sədaqətli, etibarlı həyat yoldaşıdır…
Və yaşadıqlarına, acılarına rəğmən hər zaman təmənnasız şəkildə həm ifası, həm sənəti, həm də yüksək olmayan maddi imkanları ilə ŞƏHİD AİLƏLƏRİNİN yanında olan ŞƏHİD XANIMIDIR…
O Aybəniz Haşımova ki, layiqli övlad, bacı, sənətkar, öyrətmən, Şəhid xanımı olmaqla yanaşı həm də GÖZƏL ANADIR…
Nümunəvi, çoxlarına örnək olacaq ANA…


ANA adını yüksələrə qaldıran, ona şərafət gətirən ANALARDANDIR…
Onun, daim ürəklə və fəxrlə ABLAM dediyim Aybəniz xanım haqqında saatlarla, günlərlə danışmaq, cild-cild yazmaq olmar…
Çünki elə bir SƏNƏTKAR, elə bir ŞƏXSİYYƏT, elə bir ÖYRƏTMƏN, elə bir ANA, elə bir DOST, elə bir İNSANdır…
Bütün gözəlliklərə, gözəl sözlərə layiqdir…
Bəlkə də kəlmələr, cümlələr belə yetməz…
Belə bir GÖZƏL-ÖZƏL günündə ONU-ABLAMı ürəkdən, özüm və ailəm adından təbrik edir, ona uzun, sağlıqlı, huzurlu ömür, növbəti yaradıcılıq-sənət uğurları arzulayıram!
Yaxşı ki, var! Yaxşı ki, varsınız! Yaxşı ki, bizimsiniz-əziz, dəyərli Aybəniz xanım, Aybəniz Ablam!
Doğum gününüz bir daha mübarək!
Allah qorusun!
Böyük ehtiramla və sayğılarla-qardaşınız, dostunuz Kamil!
Kamil Həmzəoğlu-HƏMİDOV
Etikxeber.az