“Günümüzdə dindən siyasi nifaq salamq üçün istifadə edirlər” – RAFAEL HÜSEYNOV

“Günümüzdə dindən siyasi nifaq salamq üçün istifadə edirlər”.
Milli Məclisin (MM)  Mədəniyyət komitəsinin oktyabrın 18-də keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və  “İctimai televiziya və radio yayımı haqqında” qanunlara əlavə və dəyişikliklər layihələri müzakirəyə çıxarılıb. 
Etikxeber xəbər verir ki, qanun layihələrinə dəyişikliklərin mahiyyəti və edilən təkliflər  barədə məlumat verən MM-in Mədəniyyət komitəsinin sədri Rafael Hüseyno vbildirib ki,  dini ekstremizm siyasi məqsədlər üçün istifadə edilən zaman cəmiyyət üçün ciddi təhlükəyə çevrilir. “Artıq günümüzdə  belə halların şahidi oluruq.  Bəzi qüvvələr dindən siyasi məqsədlər üçün istifadə edib, dinlər, ölkələr arasında nifaq salmaqla məşğuldurlar. Belə hallara yol vermək olmaz”– deyə, komitə sədri vurğulayıb.
R.Hüseynov əlavə edib ki, bu cür halların qarşısını vaxtında qanunvericilik baxımından almaq məqsədi ilə 2015-ci ildə Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul edilib, indi də qanunlara dəyişikliklər və əlavələr edilməkdədir: “Adıçəkilən qanuna da  dəyişiklik edildiyindən, digər qanunlarda da uyğunlaşdırma aparılmalıdır. Bu baxımdan, müzakirəyə çıxarılan dörd qanun “Dini ekstremizmə qarşı mübarizə haqqında”qanuna edilən dəyişikliyin digər qanunlarda da uyğunlaşdırlması məqsədini daşıyır. Odur ki, adıçəkilən “Dini ekstremizm haqqında” qanuna təklif edilən dəyişikliklər bunlardır: Dini ekstemizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumat verilməsi; Dini ekstremizm əleyhinə züsusi əməliyyatın aparılması zonasındakı KİV işçilərinin  fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilməsi, həmçinin, xüsusi əməliyyat barədə ictimaiyyətə əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilməsi”.
Etikxeber.az

Read Previous

Qeyri-maddi mədəni irsin qorunması ilə bağlı xüsusi qanun hazırlanır – KOMİTƏ SƏDRİ

Read Next

Mustafayev İran şirkətlərini Azərbaycana dəvət etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir