Zurabişvili, yoxsa, Vaşadze? – YENİLƏNİB – (1)

Gürcüstanda prezident seçkiləri keçirilir.

Etikxeber.az  xəbər verir ki, bu gün Gürcüstanda dövlət başçısı sonuncu dəfə birbaşa xalq tərəfindən seçilir.

Gürcü xalqı beşinci prezidentini 6 illiyə seçəcək.

Seçkilərdə qələbə qazanacaq prezidentin andiçmə mərasimindən sonra yeni Konstitusiya da qüvvəyə minəcək.

gurcu-3

Yeni Konstitusiyada ölkə prezidentinin əhalinin birbaşa iştirakı ilə deyil, 300 nəfərlik seçki kollegiyası tərəfindən seçilməsi nəzərdə tutulub.

Kollegiyanın üzvləri 300 nəfərdən ibarət olacaq və bu heyətə parlamentin deputatları, Abxaziya, Acarıstan muxtar respublikalarının və yerli özünü idarəetmə orqanlarının rəhbərləri daxil olacaq.

***

Gürcüstanda prezident seçkiləri başa çatıb.

Saat 20:00-da bütün seçki məntəqələrində səsvermə başa çatıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən səsvermədə seçici fəallığı 46,74 faiz təşkil edib.

Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze bildirib ki, seçkilərdə ümumilikdə 1 milyon 637 min 956 vətəndaş iştirak edib.

Seçicilərin ən yüksək fəallığı Keda rayonunda (64,74 faiz), ən aşağı fəallıq isə azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda (36,47 faiz) qeydə alınıb.

Paytaxt Tbilisidə isə seçici fəallığı 45,4 faiz olub.

***

Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 87 faizi hesablanıb. Qalan səslərin hesablanması prosesi davam edir.

B məlumatı Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamara Jivaniya verib.

MSK sədrinin sözlərinə görə, son hesablamalardan sonra müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır.

Məlumata görə, Salome Zurabişvili səslərin 40,05 faizini, Qriqol Vaşadze 37,93 faizini, David Bakradze isə 10,83 faizini toplayıblar.

Digər namizədlərin səs faizi isə çox aşağıdır.

Etikxeber.az

Read Previous

Zəngilansız daha bir il…

Read Next

Azərbaycan – Şərqin parlayan ulduzu – AKADEMİKİN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir