Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Gürcüstana səfəri ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanlar açacaq”.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili söyləyib.
Nazir deyib ki, səfər çərçivəsində keçirilən görüşlərdə investisiya, turizm, iqtisadi, siyasi məsələlər müzakirə olunub. Neft-qaz boru kəmərləri, nəqliyyat və digər strateji layihələr ətrafında fikir mübadiləsi aparılıb: “Son iki ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında birinci yerdədir. Gürcüstan Azərbaycan investisiyası üçün tam açıqdır”. Ticarət sahəsində də məsələlərə baxıldığını deyən nazir bildirib ki, bu sahədə işçi qrupun yaradılması barədə razılıq əldə olunub.
Nazirin sözlərinə görə, bu qrup gələcəkdə ticarət dövriyyəsinin artırılması istiqamətində işləyəcək.
Bildirilib ki, ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq da çox yaxşıdır. Bu sahədə də imkanları genişdir.
“Bizim əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcək çox böyük layihələrimiz var. Bunlardan biri də Bakı-Tbilisi-Qars layihəsidir. İnanıram ki, Türkiyə tərəfi tezliklə tikinti işlərini başa çatdıracaq. Bu dəmir yolunun fəaliyyəti bizim üçün geniş imkanlar açacaq”– deyə, Kumsişvili vurğulayıb.
Etikxeber.az