Gürcüstan-Rusiya arasında nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb – Gömrük Komitəsi

Hava şəraiti ilə əlaqədar Gürcüstan-Rusiya arasında nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Gürcüstan Respublikası ilə Rusiya Federasiyası arasındakı magistral yolda əlverişsiz hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin və avtobusların hərəkəti qadağan edilib.
Gürcüstan ərazisindən keçərək Rusiya Federasiyasına gedən bu qəbildən avtomobillərin təyinat nöqtələrinə çatmaq üçün Azərbaycan ərazisindən keçəcəyi və müəyyən sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq Tovuz Gömrük İdarəsinin Gürcüstan Respublikası ilə sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postu qabaqlayıcı tədbir kimi gücləndirilmiş iş rejiminə keçib.
Hələlik gömrük postunda heç bir sıxlıq müşahidə olunmur.

 Etikxeber.az

Read Previous

Hərbi büdcəmiz 1 milyard da artırılır…

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir