Gürcüstanda 2 seçki dairəsi üzrə 4 məntəqədə təkrar seçkilər keçirilir

Bu gün Gürcüstanda 2 seçki dairəsi üzrə 4 məntəqədə təkrar seçkilər keçirilir.

Etikxeber.az xəbər verir ki, Gürcüstan parlamentinə seçkilərin və oktyabrın 8-də bəzi bölgələr üzrə keçirilmiş növbədənkənar bələdiyyə seçkilərinin bir sıra məntəqələrdə nəticələri ləğv olunub. Ona görə də MSK həmin dairələrdə təkrar səsvermə keçirir.

Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36 saylı seçki dairəsindəki 48 saylı məntəqədə majoritar sistem üzrə parlament seçkiləri, Zuqduqi rayonundakı 66 saylı seçki dairəsinin 38, 79 və 108 saylı məntəqələrində isə majoritar sistem üzrə parlament seçkiləri ilə yanaşı, yerli bələdiyyə sədrinin də seçkisi keçirilir.

Seçki məntəqələri səhər saat 7:00-da açılıb və seçicilər saat 8:00-dan başlayaraq səsverməyə başlayıblar. Səsvermə saat 20:00-da başa çatacaq.

Marneulidəki 48 saylı məntəqədə 1436 seçici var.

Zuqduqidəki 38 saylı məntəqədə 1145, 79 saylı məntəqədə 925, 108 saylı məntəqədə isə 774 seçici qeydə alınıb.

Qeyd edək ki, Marenulidəki 36 saylı dairədə azərbaycanlı namizəd Əhməd İmamquliyev də mübarizə aparır. O, oktyabrın 8-də keçirilmiş səsvermədə seçicilərin 47,91 faizinin, onun rəqibi Tamaz Naveriani isə 43,41 faizini toplaya bilib.

Bugünkü səsvermədə namizədlərdən biri ən azı min səs toplamalıdır. Əks halda bu məntəqədə də ikinci tur təşkil olunacaq.

Etikxeber.az

 

Read Previous

130 həkimdən 10-u imtahandan keçə bilmədi

Read Next

“Səbirsizliklə Azərbaycan prezidenti ilə görüşü gözləyirik” – UORLİK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir