Gürcüstanda seçkilərdir-“Gürcü arzusu” “exit-poll”a görə qələbə qazanıb – YENİLƏNİB (1)

Gürcüstanda səhər saat 8-dən etibarən yerli idarəetmə orqanlarına seçkilərlə bağlı 3 644 seçki məntəqəsində səsvermə başlayıb.

Etikxeber.az  xəbər verir ki, seçkilərdə 22 siyasi partiya, 5 seçki bloku və bir təşəbbüs qrupu, dairə seçki komissiyaları üzrə isə 200 təşəbbüs qrupu iştirak edir.

Gürcüstan seçiciləri 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər.  Rayon icra başçıları vəzifəsinə 369 namizəd, Tbilisi meri vəzifəsinə isə 13 namizəd mübarizə aparır.

Seçkiləri 54 389 seçki subyektlərinin nümayəndələri, 20 641 yerli və 581 beynəlxalq müşahidəçi izləyir. Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti də seçki prosesini müşahidə edir.

Seçki prosesini 4 mindən çox jurnalist işıqlandırır.

***

Seçkilərdə səsvermə başa çatıb.

Saat 20:00-da səsvermə prosesi yekunlaşıb və seçki məntəqələri bağlanıb. Saat 17:00-dək ölkə üzrə seçici fəallığı 36,71 faiz olub.

Hazırda səslərin hesablanması prosesinə başlanılıb.

Bugünkü seçkilərdə Gürcüstan seçiciləri 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçiblər. Seçkiləri 54 389 seçki subyektlərinin nümayəndələri, 20 641 yerli və 581 beynəlxalq müşahidəçi izləyib.

***

Seçkilərdə hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası liderlik edir.

Seçkilərlə əlaqədar “Edison Richer” təşkilatının keçirdiyi “exit-poll”un nəticələrinə görə hakim partiya seçkilərdə 58 faiz səs toplamaqla liderdir.

“Vahid milli hərəkat” partiyası 16 faiz, “Avropa Gürcüstanı” partiyası 9 faiz, “Vətənpərvərlər ittifaqı” isə seçicilərin 5 faiz səsini qazanıblar.

“Exit-pollun” ilkin nəticələrinə görə, sabiq energetika naziri Kaxa Kaladze Tbilisi şəhərinin meri seçilib. O, seçicilərin 54 faizinin səsini toplayıb.

Etikxeber.az

Read Previous

Çexiyada da seçkilərdir…

Read Next

Cüdo üzrə kişilərdən ibarət millimiz DÇ-də birinci yeri tutdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir