Gürcüstanın Azərbaycana nə qədər borclu olduğu bilindi – 7 MİLYARD

Cari ilin dekabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana olan borcu 6,874 milyon ABŞ dolları təşkil edib.

Etikxeber.az  xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında məlumat verilir.

Bildirilir ki, Gürcüstanın 5 392 830 milyon dollar məbləğində xarici dövlət borcu var. Bunun da 5 186 895 milyon dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin siyahısında birinci yerdə 312,531 milyon dollarla Almaniya dayanır. Üçlükdə sonrakı yerləri Fransa (229,057 milyon dollar) və Yaponiya (213,946 milyon dollar) tutur.

Gürcüstanın həmçinin, Türkiyəyə 13,209 milyon, Rusiyaya 53,772 milyon dollar həcmində borcu var.

Etikxeber.az

Read Previous

Ziyad Səmədzadə-AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİNDƏN YAZIR

Read Next

İsa Qəmbərin oğlu-TURQUT QƏMBƏR PARLAMENT SEÇKİLƏRİNƏ QATILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir