Gürcüstanın hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 28-də keçiriləcək prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvilini dəstəkləyəcək.
Etikxeber.az xəbər verir ki, bu bəyanatla Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze hakim partiyanın Siyasi Şurasının sentyabrın 9-da keçirilən iclasından sonra bəyan edib.
O bildirib ki, partiya namizədə hər cür köməklik göstərəcək.
Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası bu il keçiriləcək prezident seçkilərində öz namizədini irəli sürməyib. Lakin hakim partiya baxışları və siyasi kursu ilə üst-üstə düşən müstəqil namizədi dəstəkləyəcəyini bəyan etmişdi.
Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar 46 nəfərin namizədliyi irəli sürülüb. Namizədlərin 26-sı təşəbbüs qrupları, 20-si isə siyasi partiyalar tərəfindən irəli sürülüb.
Gürcüstan Mərkəzi Seçki Komissiyası sentyabrın 28-dək namizədlərin qeydə alınması prosesini başa çatdıracaq.
Etikxeber.az