Gürcüstanla Azərbaycan arasında pul köçürmələrinin həcmi artıb?!

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 609,1 min dollar pul köçürülüb.

Etikxeber.az bildirir ki, “APA-Economics”-in Gürcüstan Milli Bankına istinadən xəbərinə görə, bu, 2016-cı ilin mart ayı ilə müqayisədə 268,9 min dollar və ya 63,84% çoxdur. 2017-ci ilin fevral ayı ilə müqayisədə cari ilin martında Gürcüstandan ölkəmizə pul axını 70,4 min dollar və ya 13,07% artıb.

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 232,2 min dollar pul göndərilib ki, bu da 2016-cı ilin mart ayına nisbətən 366,9 min dollar və ya 42,40% çoxdur. Bu ilin mart ayı ilə fevral ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pul köçürmələrin həcmi 11,6 min dollar və ya 0,95% artıb.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini 116 dəfə pozub

Read Next

Xəzər dənizində 3 bal gücündə zəlzələ olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir