“Güzgüdə görürsən ki, artıq gənc deyilsən…” – SƏFA MİRZƏYEV

“Könüllülər Parlamneti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirildi

Fevralın 21-də Milli Məclisin (MM) və ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamneti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirilib.

MM Aparatının rəhbəri Səfa Mirzəyev gəncləri ictimai həyatda fəal olmağa çağırıb. O, gəncələrə fəaliyyətlərində uğurlar arzulayıb:

Səfa_Mirzəyev_Polşa_Senatında

“Mən də vaxtilə gənc olmuşam, gəncliyin belə demək mümkünsə, əsas nöqsanı, çatışmayan cəhəti odur ki, o tez gəlib keçir. İlk növbədə hər kəs özünü gənc hesab edir, amma vaxt gəlib çatanda güzgüyə baxırsan və görürsən ki, artıq gənc deyilsən. Vaxtım olanda sizin müzakirələrinizi izləyirdim.Siz hələ çox gəncsiz, çox şeyləri bilmirsiniz. Sizdə bu öyrənmək, vətənə bağlılıq istəyi ki var, bunu yüksək qiymətləndirirəm və əminəm ki, siz bu istəyi, arzunu həmişə ürəyinizdə daşıyacaqsınız. Mən bu işdə əziyyəti keçən hər kəsə də öz dərin minnətdarlığımı bildirirəm”.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında xatırladıb ki, “ASAN xidmət” yarandığı gündən könüllülərin xidmətindən yararlanıb. Onun sözlərinə görə, gənclərə dəstək məqsədilə bir sıra layihələr həyata keçirilib.

MM-in Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev də gəncələrə yaradılan şəraitdən danışıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclər siyasəti, könüllülük fəaliyyəti barədə fikirlərini bildiriblər.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

 

 

Read Previous

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından 2 il keçir

Read Next

ATƏT PA-nın 18-ci qış sessiyası başladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir