Ziya Məmmədovu “satan”-RAMİZ MEHDİYEVƏ “SIĞINAN” İCRA BAŞÇISI HƏBS OLUNDU – YENİLƏNİB – (2)

Azərbaycanda sensasion hadisə baş verib.

Etikxeber.az  BakuPost-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs ediblər.

Məlumatda bildirilir ki, icra başçısıyla yanaşı onun müavini də saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.

İcra başçısının və onun müavininin kimliyi bizə məlum olsa da, hələlik adlarını yazmırıq.

Bircə onu qeyd edək ki, həmin icra başçısı rəhbərlik etdiyi rayona 5-6 ay əvvəl təyin olunub.

***

13:01

Saytımıza-Etikxeber.az-a etibarlı mənbələrdən daxil olan məlumatlarda isə adıçəkilən şəxsin  Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev olduğu bildirilir.

Onunla bağlı məlum əməliyyat tədbirlərinə gecədən başlanıldığı qeyd olunur.

Qeyd edək ki, N. Quliyev bir zamanlar  sabiq nazir Ziya Məmmədovun (onun yaxın dostu- goranboylu iş adamı Qulamın) adamı sayılırdı.

Z. Məmmədov vəzifədən gedəndən sonra  isə Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin qoltuğuna sığınmışdı…

Araşdırmalarımızı-mövzunu davam etdirməyə çalışacağıq.

***

13:51

Növbəti məlumatlarda əməliyyatın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparıldığı qeyd olunur.

DTX-nın keçirdiyi əməliyyat nəticəsində  Nizaməddin Quliyevlə yanaşı müavini Ramiz Tatarov da saxlanılıb.

Onların ötən gecə saxlanılaraq Bakıya gətirildiyi, evlərində axtarış aparıldığı bildirilir.

RİH-nin digər işçilərinin ifadələrinin alındığı barədə də məlumatlar var.

N.Quliyevin və müavininin  külli miqdarda rüşvətə görə saxlanıldığı bildirilsə də, hələlik dəqiq məlumat verilmir.

Əməliyyat barədə rəsmi orqanlar hələlik heç bir açıqlama yaymayıb.

***

Ağstafa Rayon İcra hakimiyyətinin başçısının daha bir müavini saxlanılıb.

Başçının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.

Etikxeber.az

Read Previous

62 yaşı “qara gələn”- “SAMOVAR”I QAYNAMAYAN, TORTU KƏSİLMƏYƏN TATAROV VƏ…

Read Next

Gültəkin Hacıbəyli Nizaməddin Quliyevin-CİNAYƏTLƏRİNDƏN DANIŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir