Həbsxanadakı qanlı toqquşma 25 nəfərin ölümünə səbəb oldu

Braziliyada həbsxanada baş verən toqquşma 25 nəfərin ölümü ilə nəticələnib.

Etikxeber.az-ın  “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, Braziliyanın şimalında yerləşən Rorayma ştatında həbsxanada iki qruplaşma arasında toqquşma olub.

Tərəflər bıçaq və ağac dəyənəklərdən istifadə ediblər.

Popayma ştatının ədliyyə nazirinin bildirdiyinə görə, insident qohumların dustaqlara baş çəkməsi zamanı baş verib. Həbsxananı ziyarət edənlərdən təxminən yüz nəfər bir müddət girovluqda qalıb.

Toqquşmanın qarşının alınması üçün həbsxanaya xüsusi təyinatlılar yeridilib, insidentin qarşısı alınıb. Həbsxanaya ziyarətə gələnlər arasında zərər çəkən olmayıb.

Etikxeber.az

Read Previous

Millimiz Serbiya klubuna üç cavabsız qolla qalib gəlib

Read Next

“Generalın son əmri”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir