Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Avroparlamentin vitse-prezidentindən faktlar təqdim etməsini istədi
Avropa İttifaqı (Aİ) -Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Bakıda-Milli Məclisdə (MM) keçirilən 15-ci iclasında həbsxanalarda işgəncə məsələsi mübahisə mövzusu olub.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, iclasda çıxışı zamanı Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala bildirib ki, azərbaycanda cəzaçəkmmə müəssisələrində qeyri-insani rəftar, işgəncə faktları barədə ona məlumat verilib: “Bu, məni narahat edir”.
Avropa Parlamentinin vitse-prezidenti deyib ki, Azərbaycanda fərqli düşüncəyə malik insalara qarşı tolerantlıq yoxdursa, bu tolerantlıq yarımçıq olur:
“İlqar Məmmədovla bir həftə əvvəl görüşmüşdüm. Gözəl Bayramlı və Əfqan Muxtarlı kimi insanların məsələsi Avropa qurumları səviyyəsində qaldırılır. Hüquq-müdafiə sahəsində çalışanların fəaliyyəti üçün çevik zəmin yaradılmalıdır. Xüsusən bizi Vəkillər Kollegiyasının fəaliyyəti, onun müstəqilliyi maraqlandırır. Bu sahədə tam nailiyyət əldə edilməyib, Ədliyyə Nazirliyinin bu sahəyə nüfuz etmək imkan var”.
Millət vəkili Kamran Bayramov İşgəncələrə Qarşı Avropa Komitəsinin missiyasının istənilən vaxt Azərbaycanda cəzaçəkmə müəssisələrinə baş çəkə bildiyini vurğulayıb.
Millət vəkili deyib ki, bu Komitənin hazırladığı hesabatlar hökumət tərəfindən nəzərə alınır:
“Bir neçə il əvvəl Azərbaycanda məhkumların saxlanma şəraiti ilə bağlı problem var idi. Prezidentin tapşırığı ilə paytaxtda və regionlarda cəzaçəkmə müəssisələri tikilib. Eyni zamanda, Penitensitar Xidmətin işçiləri üçün seminarlar keçirilir. Digər tərəfdən, Azərbaycanda vəkillik institutu inkişaf edir. Statistikaya görə, Azərbaycan vəkillərin sayına görə sonuncu yerlərdən birində idi, indi isə islahatlar həyata keçirilir, vəkillərin sayı artmaqdadır. Bu da vətəndaşların hüquqlarının müdafiə edilməsində vacib addımlardan biridir”.
Millət vkəili Çingiz Qənizadə isə Azərbaycanda həbsxanalarda işgəncəyə dair konkret faktlar təqdim edilməsini istəyib:
“Bu kimi informasyiyalar əsassızdır. İki məhbus arasında baş verən hadisələr də az qala siyasit motivli hadisələr kimi təqdim olunur”.
Kamil HƏMZƏOĞLU
Eikxeber.az