Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddəti uzadılıb.
Etikxeber.az-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, 2021-ci il 4 sentyabr saat 00:00-dan 6 sentyabr saat 06:00-dək, 11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək, 25 sentyabr saat 00:00-dan 27 sentyabr saat 06:00-dək, 2 oktyabr saat 00:00-dan 4 oktyabr saat 06:00-dək, 9 oktyabr saat 00:00-dan 11 oktyabr saat 06:00-dək, 16 oktyabr saat 00:00-dan 18 oktyabr saat 06:00-dək, 23 oktyabr saat 00:00-dan 25 oktyabr saat 06:00- dək, 30 oktyabr saat 00:00-dan 1 noyabr saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayan ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Bu qərar 2021-ci il 1 sentyabr saat 06:00-dan qüvvəyə minir.
Etikxeber.az