“Hələ də bədəninizdə qəlpələr qaldığını bilirik və inanırıq ki, dövlətimizin, həkimlərimizin şəfqəti, xalqımızın məhəbbəti sayəsində sağlamlığınıza qovuşacaqsız”-MM-İN KOMİTƏ SƏDRİ – FOTOLAR

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində yaralanmış qazi, Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı Elnur Rizvan oğlu Xəlilovla görüşüb

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri Qazinin sağlıq durumu, müalicəsinin gedişi və digər qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

O, deyib:

“İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki haqq edən əziz qazimiz!Biz Sizə minnətdarıq! Siz Vətən Müharibəsi vaxtı Talış, “Ağuçuq”, Suqovuşan, Meşəli, “Gülstan qayası”… istiqamətlərində ağır döyüşlərdə olmusuz, cəsurluq göstərmisiz.2020-ci il, oktyabrın 13-də “Gülüstan qayası” çevrəsində ağır yaralanmısız. Həkimlərimizin şəfqəti sayəsində sağlamlığınızın getdikcə daha sürətlə bərpa olunmasını bilməkdən şadıq.

Bununla belə hələ də bədəninizdə qəlpələr qaldığını bilirik və inanırıq ki, dövlətimizin, həkimlərimizin şəfqəti, xalqımızın məhəbbəti sayəsində öz tam sağlamlığınıza qovuşacaqsız. Sizin kimi zabitlərimizlə hər zaman qürur duyuruq! Ali Baş Komandanımız Sizi “Cəsur döyüşçü” medalı ilə təltif edib.Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk”!

Qazi zabit Elnur Xəlilov səmimi qəbul və təbrik üçün Komitə sədrinə təşəkkür edib.Qəhrəman qaziyə komitə adından Təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.

Görüşdə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, RHİM İB sədri Arzu Bağırova və tanınmış jurnalistlər Zərifə Bəşirqızı ilə Kamil Həmzəoğlu da iştirak edib və ürək sözlərini bölüşüblər.

Etikxeber.az

Read Previous

“İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Read Next

“Bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik…”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir