“Hələ də o dəhşətli hadisənin şokunu ata bilməyiblər…” – DEPUTAT – FOTOLAR

“Bakı-Sumqayıt yolunda qəzaya düşmüş sərnişin avtobusunda yaralanmış 4 tələbə balamızı 1 saylı Klinik Tibbi Mərkəzdə ziyarət etdim. Çox şükür, vəziyyətləri əməliyyatlardan sonra yaxşılaşır. Həkimlər yaxın zamanlarda gənclərin sağlamlıqlarına qovuşacaqlarını dedilər”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib.

O, qeyd edib ki, tələbələrin özləri ilə də görüşüb.

xeste-qanira

“Azadə Mədətzadə və Xavər Sadıqova əməliyyatdan sonra yaxşılaşmağa başlayıblar. Təhsil aldıqları universitetin rəsmiləri də onlara baş çəkməyə gəlmişdi. Qızların çox fəal tələbələr olduqlarını söylədilər. Digər iki tələbə balamız Rəsul Sadıqova və Emil Həmidova da baş çəkdik, söhbət etdik, çox şükr getdikcə daha da yaxşılaşırlar. Valideynlərlə də geniş söhbət etdik.

Övladlarımızı Allah bizə yenidənn bağışladı, deyirdilər. Hələ də o dəhşətli hadisənin şokunu ata bilməyiblər. Həkimlər əllərindən gələn dəstəyi balalarımız üçün edirlər. Dualarınızı onlardan və həmin hadisə zamanı yaralanmış bütün tələbələrimizdən əksik etməyin.

xeste-qanira-2

Tələbələrimizə qısa zamanda tamam sağalmalarını və bir daha belə acılar yaşamamalarını dilədik. Allah bütün balalarımızı qorusun!

Bu hadisə ciddi bir dərs olmalıdır. Sərnişinlərin nəqliyyat təhlükəsizliyi məsələsinə münasibət daha da ciddiləşməlidir. İctimai nəqliyyat vasitələrinə nəzarət çox güclü olmalıdır.

Allah bir daha belə acılar yaşatmasın”-deyə, millət vəkili sonra qeyd edib.

xeste-qanira-3

Etikxeber.az

Read Previous

“Baş verənlərin kökündə Ərdoğanın hakimiyyətdən devrilməsi planı dayanır” – DEPUTAT

Read Next

PREZİDENT: “Əgər bu qədər ağıllısansa…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir