Hələ də Orden haqqı tanınmayan Gəncəli İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay övlad-RAMAL MƏMMƏDOVUN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Evin-ailənin tək və subay övladı, anası təkbaşına böyüdülən, Azərbaycan Ordusunun Əsgəri, 3 medallı, Gəncəli İkinci Vətən Müharibəsi Şəhidi Ramal Məhəmməd oğlu Məmmədovun Cənnətdəki beşinci doğum günü, 25 yaşının tamam olması ilə bağlı bu gün-1 yanvar 2025-ci il tarixində, səhər saatlarında Lokbatan Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Cənnətdəki beşinci doğum günü təbrik olunub, doğmalarına, tək-tənha anası İlhamə xanıma Allahdan səbr və dözüm arzulanıb.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra Lökbatan qəsəbəsində yerləşən “Kars” restoranında Cənnətdəki beşinci doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qısa çıxışlar olunub, Şəhidin 20 illik qısa, lakin şərəfli həyat yolundan danışılıb, Ramal Məmmədov da daxil olmaqla, cəmi Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu dilə gətirilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı məclisdə anası İlhamə xanım, doğmaları, Bakı şəhərinin Qaradağ rayonundan və Bərdədən olan Şəhid ailələri, Qaziləri, din xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər.

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində-YENİDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ ETDİ… – FOTO – YENİLƏNİB – (4)

Read Next

Şəhidliyindən 3 ay 12 gün sonra dünyaya gələn kiçik qızı Yağmurla eyni gündə doğulan, bu gün 33 yaşı tamam, Cənnətdəki ikinci doğum günü olan-ANTİTERROR ŞƏHİDİ RAMİL RƏHİMOV… MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN SÖZ AÇILDI… – FOTOLAR – YENİLƏNİB