Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İsgəndər Qənbər oğlu Museyibli…
Ağcabədili Antiterror Şəhidi…
Dünən, Yeni ilin ilk günündə-1 yanvar 2025-ci il tarixində mövludu, Cənnətdəki ikinci doğum günü idi Vətən sevdalımızın…
31 yaşı tamam olurdu…
İkinci il idi ki, doğum günü Onsuz qeyd olunurdu…
İkinci il idi, ikinci ildir ki, cismən sevənlərinin, sevdiklərinin arasında yoxuydu…
İkinci il idi, ikinci ildir ki, ən əziz günündə sevənlərini, sevdiklərini göz yaşlarına boğmuşdu…
Ancaq əziz, müqəddəs ruhu sevənləri, sevdikləri ilə bir aradaydı…
Cənnəti behiştlik, mövludu mübarək olsun!
***
Qeyd edim ki, İsgəndər Museyibli 1994-cü ilin yanvar ayının 1-də Ağcabədi rayonunun Şənlik kəndində, sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri olub…
2000-2011-ci illərdə Şənlik kənd tam orta məktəbində oxuyub…
18 yaşını tamamladıqdan sonra, 2012-ci ildə Əsgərliyə, Vətənin keşiyinə yollanıb…
2013-cü ildə Əsgərlikdən qayıtdıqdan sonra-avqust ayında yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordusunda xidmətə başlayıb…
Gizir hərbi rütbəsini daşıyıb…
Peşəkar hərbçi kimi İkinci Vətən Müharibəsində iştirak edib, qəhrəmanlıqlara imza atıb…
Müharibədən, tarixi Qələbəmizdən sonra “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib…
Həmçinin “Vətən müharibəsi iştirakçısı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley və “Qüsursuz xidmətə görə” III dərəcəli medalları ilə təltif edilib…
O, daha sonra Komando hərbi birləşməsinin kursunu müvəffəqiyyətlə bitirib…
23 saatlıq antiterror əməliyyatı zamanı-20 sentyabr 2023-cü il tarixində isə Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi iki gün sonra-22 sentyabr tarixində Şənlik kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib…
29 yaşında Şəhidlik zirvəsinə ucalan Şəhidimiz həm də ailəli olub…
Pərvin adlı xanımla ailə həyatı qurub…
İki oğlan övladı-Rüstəmi və Rəhmanı Vətənə, ailəsinə əmanət qalıb…
Atalarının ruhu köməkləri olsun!
Bir daha məkanı Cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az