Həm Ağdərəli, həm də Bərdəli-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MİRSƏDİ BAĞIRLININ ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 3 İL ÖTÜR…

Bu gün Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidi-əslən Ağdərəli (Tərtərli-Umudlulu), özü isə Bərdə doğumlu olan Mirsədi Mircəfər oğlu Bağırlının Anım Günüdür.

Üç il öncə-bu gün, 11 oktyabr 2020-ci il tarixində Mirsədi Bağırlı Əbədiyyətə uğurlanıb.

Etikxeber.az-ın xəbərinə görə, Mirsədi Bağırlı 2000-ci ilin iyun ayının 12-də Bərdə rayonunun Mehdixanlı kəndində dünyaya gəlib.

Atası Mircəfər kişi isə Birinci Qarabağ Savaşının iştirakçısı olub.

Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyi idi.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq ailəsinə dönüb.

Ancaq həyatını yenidən Ordu, hərb ilə bağlayıb, 3 aylıq kurs bitirib, Gizir rütbəsini daşıyıb, Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Təyinatlılarından olub.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb, Murov-Kəlbəcər, Füzuli-Cərayıl istiqamətlərində vuruşub vəmüharibənin 14-cü günündə, oktyabrın 10-da Cəbrayılın Sarıcalı kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 11-də Bərdənin Hacallı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ancaq Şəhidin ailəsi övladlarının eyni zamanda, ölkəmizin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Cəmi 20 yaşında Şəhidlik məqamına ucalan Mirsədi Bağırlı həm də subay olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, sonra ata ocağında Şəhidin Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Heç zaman şəxsi evləri-ocaqları olmayan, yataqxana zirzəmisində böyüyən, 2020-ci ilin 11 oktyabrında, cəmi 19 yaşında Şəhid olan-QƏBƏLƏLİ ELMƏDDİN MUSTAFAYEV…

Read Next

Ailənin tək oğlan və subay övladı-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ YUSİF BUDAQOVUN BU GÜN DOĞUM GÜNÜDÜR, 26 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir