Həm Anım, həm Doğum günü olan, doğum günündə Əbədiyyətə uğurlanan Bakılı İkinci Vətən Müharibəsi Şəhidi Yusif Nəcəfovun-25 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bakılı İkinci Vətən Müharibəsi Şəhidlərindən Yusif Nadir oğlu Nəcəfovun həm Anım, həm də Doğum Günüdür.

Bu gün-14 oktyabr 2026-cı il tarixində Yusif Nəcəfovun Əbədiyyətə uğurlanmasından altı il ötür.

Həm də Cənnətdəki altıncı doğum günü, mövlududur, 25 yaşı tamam olur.

Anım və Doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub, ailəsinə-anası Flora xanıma Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı doğim günü, 25 yaşı təbrik olunub.

Məzarını ziyarətdən sonra isə Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Anım məclisi düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Həmçinin, Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər ifa olunub.

Xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım məclisində, adına açılan ehsan süfrəsində ailə üzvləri, Şəhid ailələri, İcra başçısı Elşad Həsənov başda olmaqla, Yasamal rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri və digərləri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Yusif Nəcəfov 14 oktyabr 2001-ci il tarixində Bakı şəhərinin Yasamal rayonunda, məşhur Dağlı məhəlləsində dünyaya göz açıb.

Evin üç övladından, iki qardaşdan biri, ailənin ortancılı olub.

2007-2018-ci illərdə Yasamal rayonunda yerləşən 52 saylı tam orta məktəbdə oxuyub.

18 yaşını bitirdikdən sonra, 2019-cu ildə isə həqiqi hərbi xidmətə yollanıb.

İkinci Vətən Müharibəsinin başlaması ilə Azərbaycan Ordusunun Əsgəri kimi 2020-ci ilin 27 sentyabr tarixindən döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Döyüş yolu 17 gün çəkib və 13 oktyabr tarixində Murovdağ istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, 14 okyabr tarixində, 19 yaşının tam olduğu gündə-doğum günündə İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra üç medalla-“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları və 2026-cı ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Yusif həm də subay olub.

Qeyd edək ki, Yusifin böyük qardaşı, 1999-cü il təvəllüdlü Emin Nəcəfov da İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

Müharibənin ilk günündən son gününəcən döyüşlərdə iştirak edib.

Ali təhsilli Emin Nəcəfov İkinci Vətən Müharibəsindən sonra dörd medalla təltif edilib.

***

FOTOLAR:

13:40

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qazi oğlu, Qazi qardaşı, Gizir, nəşi bir il yeddi gündən sonra tapılan Goranboylu İxtiyar Əliyev, ailənin üç övladından biri, qardaşı da, özü də İkinci Vətən Müharibəsi iştirakçısı olan və 19 yaşının tamamında Əbədiyyətə uğurlanan Bakılı Yusif Nəcəfov, iki qardaşdan biri, subay, doğum günündə Şəhadətə ucalan Balakənli Heybullah Əsdiyev-BU GÜN ANIM GÜNLƏRİDİR – FOTOLAR

Read Next

Anım Günündə İkinci Vətən Müharibəsi Şəhidi, ali-hərbi təhsilli, Mayor və iki övladı əmanət qalan Rüfət Əsgərovun-MƏZARI ZİYARƏT OLUNDU, 39 İLLİK ÖMÜR VƏ HƏRB YOLUNDAN SÖZ AÇILDI – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir