Həm Bərdəli, həm də Laçınlı İkinci Vətən MÜHARİBƏSİ ŞƏHİDİ-AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, ALİ TƏHSİLLİ, LEYTENANT PƏRVİN ƏLİZADƏNİN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Pərvin Vüqar oğlu Əlizadənin Anım Günüdür.

Pərvin Əlizadənin bu gün Əbədiyyətə uğurlanmasından üç il keçir.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənəcək, adına ehsan veriləcək.

Etikxeber.az-ın xəbərinə görə, əslən Laçınlı olan Pərvin Əlizadə 1993-cü ilin sentyabr ayının 11-də Bərdə rayonunun Qazaxlar kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 oğlan övladından biri, evin böyük oğlu olub.

Atası Birinci Qarabağ Savaşı döyüşlərində iştirak edib.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

İdmançı, bir çox yarışların qalibi olub.

Həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunun peşəkar hərbçisi olub, Leytenant hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

Tərtər-Ağdərə, Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib və oktyabr ayının 20-də isə “Tülkü dərəsi” deyilən yerdə-ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 21-də Qazaxlar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medal və 1 ordenlə təltif olunub.

Bərdə şəhərinin özündə Şəhidin adını daşıyan küçə var.

O, həm də nişanlı olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əbədiyyətə uğurlanmasından üç il keçən-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏFQAN NƏSİROV…

Read Next

Adil Namiq oğlu Hüseynov-Oktyabrın 17-də Şəhid oldu-4 GÜN SONRA İSƏ NƏŞİ ƏBƏDİYYƏTƏ UĞURLANDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir