Həm Bakılı, həm də Cəbrayıllı İkinci Vətən Müharibəsi Şəhidi-ANASI TƏRƏFİNDƏN TƏKBAŞINA BÖYÜDÜLƏN, NƏŞİ 44 GÜNDƏN SON ƏBƏDİYYƏTƏ UĞURLANAN EMİN İSMAYILOVUN BU GÜN 22 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (4)

Bakının (həm də Cəbrayılın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emin Tahir oğlu İsmayılovun doğum günüdür.

Emin İsmayılovun bu gün 22 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günüdür.

Etikxeber.az xəbər verir ki, əslən Cəbrayıllı olan Emin İsmayılov 2001-ci ilin mayın 21-də anadan olub.

Evin tək övladı, tək oğlu olub.

Anası Məlahət xanım tərəfindən təkbaşına böyüdülüb.

Orta məktəbi bitirdikdən sonra Vətənin keşiyinə yollanıb, Goranboy istiqamətindəki hərbi hissələlərdən birində hərbi qulluğa başlayıb.

İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəru kimi iştirak edib.

Sonuncu dəfə isə anası Məlahət xanımla sentyabrın 30-da danışıb.

Oktyabrın 6-da isə Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşini bir ay 14 gün sonra-noyabr ayının 20-də əldə etmək mümükün olub və İkinci Fəxri Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də subay olub.

***

Bu gün səhər saatlarında Cənnətdəki üçüncü doğum günü ilə bağlı İkinci Fəxri Xiyabanda məzarı ziyarət olunub.

Məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, məzarı başında qısa çıxışlar olunub..

Ziyarətdən sonra “Grand Neon” şadlıq sarayında Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, bir daha ruhuna dualar oxunub.

Sonra çıxışlar edilib.

Çıxışlarda Şəhidin və cəmi Şəhidlərin İgidliyi və Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən bəhs olunub.

Şəhidin anasına bir daha səbr və dözüm arzulanıb, bir daha Şəhidin Cənnətdəki üçüncü doğum günü təbrik edilib.

Mərasimdə eyni zamanda, Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar ifa olunub.

Xalq artistləri Nazpəri Dostəliyevanın, Gülyaz və Gülyanaq Məmmədova bacılarının, Əməkdar artistlər-Firuzə İbadovanın, Mətanət İsgəndərlinin, o cümlədən, sevilən və tanınmış ifaçılar- bəstəkar, hər zaman Şəhid ailələrinin yanında olan, yüzlərlə Şəhidə mahnı bəstələyən Ruslan Səfərlinin, Babək Şuşalının, Mirələm Mirələmovun, Nurlan Ordubadlının, Şahid Əliyevin ifaları mərasimdə kövrək, təsirli, duyğulu anlar yaşadıb.

Mərasim iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Şəhidin anası Məlahət xanım da öz növbəsində belə bir gündə onu tək buraxmadıqları üçün mərasim iştirakçılarına və ziyarətçilərə minnətdarlığını ifadə edib.

Sonda Şəhidin adına hazırlanmış doğum günü tortu kəsilib, bir daha kövrək anlar yaşanıb.

Qeyd edək ki, məzarını ziyarətdə və Cənntdəki üçüncü ad günü ilə bağlı mərasimdə Şəhidin yaxınları, Bakıdan, Sumqayıtdan, Şamaxıdan, Bərdədən, Kürdəmirdən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Cəbrayılı parlamentdə təmsil edən millət vəkili Ceyhun Məmmədovun köməkçisi, Cəbrayıl rayonundan olan bir sıra məsul şəxslər və başqaları iştirak ediblər.

Məqamı Uca, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:30

***

FOTOLAR:

15:00

***

17:10

***

18:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 5 yeni-YOLUXMA…

Read Next

İlham Əliyev-LİTVADA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir