Həm Bakılı, həm də Şamaxılı, ailənin üç oğlan övladından biri-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELVİN ABASOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (1)

Həm Bakılı, həm də Şamaxılı İkinci Vətən Müharibəsi Şəhidi Elvin Səxavət oğlu Abasovun Anım Günüdür.

Elvin Abasovun Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Əbədiyyətə uğurlanmasının üçüncü ili ilə bağlı bu gün-22 noyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Şamaxı Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Məzarı başında qısa çıxışlar edilib, Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra Şamaxı rayon məscidində Anım mərasimi düzənlənib, adına ehsan verilib.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, bir daha ruhuna dualar edilib.

Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Şamaxı və müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının rəhbərliyi, Şamaxı rayon və Bakının Nizami rayonunun İcra hakimiyyətlərinin rəhbər-məsul şəxsləri və digərləri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Elvin Abasov 1993-cü ilin 17 iyun tarixində Şamaxının Çahran kəndində dünyaya gəlib.

 Ailədə 3 övlad, 3 qardaş olublar.

Qardaşları ailəli olsalar da, Elvin subay idi.

O, 1999-2010-cu illərdə Bakıda, Xətai rayonunda orta məktəbdə təhsil alıb və orta məktəbi qurtardıqdan sonra texnikuma-Kollecə-Bakı Dövlət Kollecinə daxil olub.

Sonra təhsilini yarımçıq qoyaraq, 2013-cü ilin aprelində həqiqi hərbi xidmətə yollanıb.

Vətənə xidmət borcunu yerinə yetirdikdən sonra təhsilinə qaldığı yerdən davam edib.

İkinci Vətən Müharibəsi başlayandan bir neçə gün sonra isə özü könüllü şəkildə Vətən müdafiəsinə yollanıb.

Döyüş yolu da düz bir ay, oktyabrın 9-dan noyabrın 8-cən çəkib.

Elvin cəbhənin Füzuli-Xocavənd istiqamətlərində döyüşüb və noyabrın 8-də Xocavənd istiqamətində ağır döyüşlərdən birində qarın nahiyəsindən yaralanıb.

Ailəsinə yaralanması xəbəri üç gün sonra, noyabrın 11-də verilib.

14 gündən sonra, noyabrın 22-də isə dünyasını dəyişib, Şəhid olub.

Və elə həmin gün nəşi Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, 3 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

14:44

***

FOTOLAR:

15:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyev Miri Reqevi-QƏBUL ETDİ… – FOTO

Read Next

Ailənin üç övladından, iki qardaşdan biri-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ AĞACAN CƏBRAYILOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL ÖTÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir