“Həm evə, həm də işə ciddi şəkildə ehtiyacım var…”-APREL DÖYÜŞLƏRİ VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI, GİZİR, 5 MEDALLI, 2 ÖVLAD ATASI, BİLƏSUVARLI QAZİ ŞAMXAL HÜSEYN OĞLU HÜSEYNOV – FOTOLAR

Daha bir Biləsuvarlı İgidimiz, Qəhrəmanımız…

Vətən, Qarabağ yolunda sağlamlığından keçmiş daha bir Vətən sevdalımız…

Aprel döyüşlərində və tarixi 44 günlük İkinci Vətən Müharibəsində qəhrəmanlıq Dastanı yazmış Qorxmaz, Cəsur Azərbaycan övladlarından biri…

Şamxal Hüseyn oğlu Hüseynov…

Şamxal 1988-ci ilin oktyabr ayının 28-də Biləsuvar rayonunun Çaylı kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailənin dörd övladından, iki qardaşdan biridir…

1995-2006-cı illərdə Əlimərdan Hüseynov adına Çaylı kənd 1 saylı orta məktəbdə oxuyub…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2007-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

2008-ci ilin mart ayının 15-də Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində Gizirlik kursuna daxil olub…

9 aydan, Gizirlik kursunu bitirdikdən sonra təyinatla Naxçıvan Muxtar Respublikasına (NMR) göndərilib…

Bir neçə il NMR-də hərbçi-Gizir kimi fəaliyyət göstərdikdən sonra, 2015-ci ilin yanvar aylnın 10-da Füzuli rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissəyə göndərilib, orada tank komandiri kimi fəaliyyətə başlayıb…

2016-cı ilin Aprel döyüşlərində iştirak edib-Lələtəpə istiqamətində…

Eyni zamanda, bir peşəkar hərbçi, bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinə qatılıb…

Və döyüşlərin ilk günündə, sentyabrın 27-də, günorta, təxminən saat 3 radələrində Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində ağır yaralanıb, axşam saat 6-7-cən döyüş meydanında yaralı vəziyyətdə qalıb…

Üzü, bədəni yanıb, gözündən qəlpə yarası alıb…

Sonra onu döyüş meydanından çıxararaq, təcili xəstəxanaya, oradan isə Bakı şəhərində yerləşən Hərbi Hospitala göndəriblər…

Həmçinin, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanası və 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə-müayinə olunub…

Hərbi Hospitalda iki dəfə gözündən əməliyyat olunub…

Sonra səhhəti ilə bağlı ona 3-cü qrup əlillik təyin olunub, Ordudan təxris edilib…

Müharibədən öncə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1919-2018)” yubiley medalları, müharibədən sonra isə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb…

Bu yerdə qeyd edim ki, Şamxalın digər qardaşı da hərbçidir, 2016-cı ildən Azərbaycan Ordusunda xidmət edir…

35 yaşlı Şamxal həm də ailəli, iki övlad-bir qız və bir oğlan atasıdır…

Hazırda da heç bir yerdə işləmir, işlə təmin olunmayıb…

Həmçinin, özünün, ailəsinin şəxsi evi-mənzili yoxdur…

Ev-mənzil tikmək üçün torpaq sahəsi də verilməyib bugünədək…

Onun həm işə, həm də şəxsi evə-mənzilə ciddi ehtiyacı var…

Onu da qeyd edim ki, Şamxalla bir neçə gün öncə Biləsuvarda “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin Qazilərlə bağlı təşkil etdiyi görüşdə tanış oldum…

Tədbir iştirakçıları arasında Şamxal da var idi…

O da digər Qazilər, Vətən müharibəsi iştirakçıları kimi döyüş yolundan, eləcə də üzləşdiyi çətinliklərdən, problemlərdən danışdı…

Xüsusilə, işə və şəxsi evə-mənzilə ehtiyacı olduğunu söylədi…

Hətta təklif etdi ki, Biləsuvrada olmasa belə, yaxın rayonlardan birində Qazilər, Şəhid ailələri üçün çoxmərtəbli bina tikilsin və həm Şəhid ailəri, həm də Qazilər orada mənzillə təmin olunsun…

Bəli, bir Vətən müharibəsi iştirakçısı, bir Qazi kimi Şamxal da işlə, evlə təmin olunmalıdır…

Bu, onun Haqqıdır və Haqqını da almalıdır…

Və inanmaq, ümid etmək istərdik ki, belə də olacaq, Şamxal da evlə-mənzillə, işlə təmin edilən Qazilərimiz, Vətən müharibəsi iştirakçılarımız sırasında olacaq…

Ümid sonda ölür deyirlər…

Allah ümidlərimizi ölməyə və öldürülməyə qoymasın!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev və Mehriban Əliyeva yenidən Kəlbəcərdə-BİR SIRA AÇILIŞLARDA VƏ ZAR KƏNDİNİN TƏMƏLQOYMA MƏRASİMİNDƏ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Prezidentlə Birinci vitse-prezident “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi, Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə-TANIŞ OLDULAR – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir