“Mən sənə toy edəcəkdim…Toyuna hazırlaşdırdım…Niyə belə etdin, niyə ananı gözləri yaşlı, arzuları gözündə qoydun?…”-CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ, 29 YAŞI TAMAM OLAN ŞƏHİD ELMƏDDİN NAMAZOVUN ANASI FAZİLƏ NAMAZOVA – FOTOLAR – YENİLƏNİB – (2)

Gəncə şəhərinin (həm də Samuxun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Nəsib oğlu Namazovun doğum günüdür.

Elməddin Namazovun bu gün-7 may 2025-ci il tarixində 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Gəncə şəhər Şəhidlər Xiyabanında (Səbiskar qəbiristanlığında) məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub.

Çıxışlarda ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Şəhidin anası Fazilə xanımın dediklərindən:

“Mən sənə toy edəcəkdim…Toyuna hazırlaşdırdım…İndi aldıqlarıma baxa-baxa qalmışam…Niyə belə etdin, niyə ananı gözləri yaşlı, arzuları gözündə qoydun?…”

Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə Cənnətdəki beşinci doğum günü ilə bağlı məclis düzənlənib, bir daha ruhuna dualar olunub.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər, mahnlar ifa edilib.

Tanınmış bəstəkar və müğənni, hər zaman Şəhid ailələrinin yanında olan Ruslan Səfəroğlu Şəhidə həsr etdiyi mahnısını ifa edib.

Bu zaman kövrək, təsirli anlar yaşanıb, məclis iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Məclisin sonunda Şəhidin adına ehsan verilib, tort kəsilib, xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində Şəhidin ailə üzvləri, yaxınları, GəncəSamuxlu Şəhid ailələri, Qazilər, din xadimləri, Gəncə şəhərSamux rayon İcra hakimiyyətlərinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, əslən Qərbi Azərbaycanlı olan Elməddin Namazov 1996-cı ilin may ayının 7-də Samux rayonunun Qovlarsarı kəndində sadə bir ailə dünyaya gəlib.

Sonra ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıblar.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

Elməddin Namazov orta təhsilini də Gəncə şəhərində alıb.

2014-2016-cı illərdə həqiqi hərbi xidmərdə olub.

Vətən xidmət borcunu yerinə yetirdikdən sonra evinə dönüb, ailəsinə dəstək olub.

2020-ci ilin sentyabr ayının 21-də səfərbərliyə cəlb olunub və İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib.

Murovdan Qubadlıyacan uzun və şərəfli döyüş yolu keçib.

Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Oktyabrın 27-də nəşi Gəncə şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medal3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

14:27

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“2026-cı ildə Azərbaycan Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək…”-İlham Əliyev Aleksandr Turçini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Read Next

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Azərbaycanda-AZƏRBAYCAN VƏ VYETNAM LİDERLƏRİNİN MƏHDUD VƏ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ OLDU, BİRGƏ SƏNƏDLƏR İMZALANDI, BƏYANATLAR VERİLDİ – FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir