Həm kövrək, həm də sevinc dolu anlarla yadda qalan iki günlük Alpan-Qəçrəş-Quba səfəri-ziyarəti-BAKI VƏ SUMQAYITLI ŞƏHİD AİLƏLƏRİ TƏRƏFİNDƏN ALPANDA ŞƏHİD OCAĞI, ŞƏHİD MƏZARLARI ZİYARƏT EDİLDİ, QƏÇRƏŞƏ, QUDYALÇAYA ÜZ TUTULDU… – FOTOLAR – YENİLƏNİB

Bakı və Sumqayıtdan olan bir qrup Birinci Qarabağ Savaşı Şəhidlərinin ailələri ilə Quba rayonuna iki günlük səfərimiz bu gün axşam saatlarında başa çatdı…

Səfərimizin ilk günündə-23 iyul 2024-cü il tarixində Quba rayonunun Alpan kəndinin ümulikdə 21 Şəhidindən biri-Birinci Vətən Müharibəsi Şəhidi, iki övladı Vətənə əmanət qalan, aprel ayının 15-də Əbədiyyətə uğurlanmasının 30 ili tamam olan Şükür Şahbaba oğlu Rəsulovun Alpandakı ocağına, ailəsinə baş çəkildi…

Şəhidin ailəsi, həyat yoldaşı Mənzərə Rəsulova tərəfindən təşkil edilən məclisdə, ehsan süfrəsində iştirak edildi…

Həm kövrək, həm təsirli, həm də duyğulu anlar yaşandı…

Sonra-axşam saatlarına yaxın isə Şəhid Şükür Rəsulovun və daha bir neçə Alpanlı Şəhidin uyğuduğu qəbiristanlıq, Şəhidlərin məzarları ziyarət, ruhlarına dualar olundu…

Bu gün-24 iyul 2024-cü il tarixində, səhər saatlarında da Bakı və Sumqayıtdan gələn Şəhid ailələri-Şəhid anaları, Şəhid xanımları tərəfindən Alpan Şəhidlərinin xatirəsinə inşa edilmiş “Xatirə löhvəsi” kompleksi ziyarət edildi…

Bir daha Şəhidlərin ruhlarına dualar oxundu, bir daha ailələrinə Allahdan səbr və dözüm arzulandı…

Alpan kəndini, Şəhid ocağını ziyarətdən sonra Şəhid ailələri Qubanın səfalı guşələrindən olan Qəçrəşə üz tutdular, təbiət qoynunda oldular….

Qudyalçayın sahilində gəzişdilər, ruhi qida aldılar, xatirə fotoları çəkdirdilər…

Sonda-Bakıya dönməzdən öncə isə Qəçrəşdəki gözəl istirahət məkanlarından olan “Pətək bal”da nahar, istirahət edildi…

Şəhid ailələri istirahət məkanının personalına nümunəvi xidmətlərinə görə öz minnətdarlıqların ifadə etdilər, razılıqlarını bildirdilər…

Və beləliklə, Birinci Qarabağ Savaşı Şəhidi Elşad Əliyevin anası Flora Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan növbəti və iki günlük Quba səfəri başa çatdı…

Həm duyğulu, həm də sevincli anlarla dolu olan növbəti-iki günlük səfər də belə tarixə qovuşdu…

Hər şey üçün çox sağ və var olun, Flora xanım, Flora Ana!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

1162 nəfərin deputatlığa namizədliyi irəli sürüldü-ELTON MƏMMƏDOVUN NAMİZƏDLİYİ LƏĞV OLUNDU – YENİLƏNİB

Read Next

“Seçimimi etdim, vitse-prezidentimiz Kamala Harris layiqli namizəddir…”-BAYDEN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir