“Həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik… Şükür olsun Tanrıya ki, bu günü bizə qismət etdi…”-ŞEYXÜLİSLAM – YENİLƏNİB – (1)

Bu gün Bakının “Təzəpir” məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

Etikxeber.az-ın xəbərinə görə, “Təzəpir” məscidində bayram namazını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə qıldırıb.

Bayram namazında İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətül-islam Ocaq Nejad ağa və İran səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Xatırladaq ki, iyulun 20-si və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

***

“Bu il biz iki bayramı – həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik. Şükür olsun Tanrıya ki, bu günü bizə qismət etdi”.

Bunu şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazında çıxışı zamanı deyib.

QMİ sədri işğal olunmuş torpaqların azad olunmasında göstərdiyi sərkərdəliyə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür edib:

“Şuşaya gedəndə yolda fikirləşirdim ki, biz nələri itirmişik. Bütün Ağdam torpağı yerlə-yeksan edilib. Məscidlərin, minarələrin içinə elə sözlər yazıblar ki… Biz bu gün o ərazilərə gedə bilirik. Bu gün bizim borcumuz ondan ibarətdir ki, Qarabağ şəhidlərinə Allahdan rəhmət diləyək. Qazilərimizə də şəfa diləyirik”.

10:08

***

Sonra “İnanıram ki, işğaldan azad edilmiş ərazilərdəki məscidlərimiz, məbədlərimiz, ziyarətgahlarımız bərpa olunacaq”-deyən QMİ sədri qeyd edib ki, Ağdama və Şuşaya səfər etdiyi üçün çox sevinclidir:

 “Ağdama baxanda adamın ürəyi ağrıyır. Oraları o cür dağıdılmış halda görmək insana təsir edir. Prezident həzrətləri bütün çıxışlarında buyurur ki, biz o yerləri bərpa edəcəyik. İnanırıq ki, biz o yerləri bərpa edəcəyik. Tezliklə biz dədə-baba torpaqlarımıza qayıdacağıq”.

O, bir müddət əvvəl dini konfesiyyaların rəhbərlərinin Ağdam və Şuşaya səfərlərinin baş tutduğunu da xatırladıb.

Etikxeber.az

Read Previous

“Rəsmi Bakının artan əhəmiyyəti Avropada erməni lobbisi və ermənipərəst dairələrin təzyiqlərinin nəticələri ilə müqayisədə onun mövqeyinin daha üstün tutulmasına gətirib çıxarır”-MİLLƏT VƏKİLİ

Read Next

Şəhidlərimizin-Cəmil Məmmədli, Rəşid Həmidov və Pərvin Həmidovun ailə üzvləri – ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir