Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qobustan rayonundan olan Antiterror Şəhidi Vüsal Təbiyyət oğlu Şəhriyarovun doğum günüdür.
Bu gün-11 dekabr 2025-ci il tarixində Vüsal Şəhriyarovun 24 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Çalov kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Çıxışlar edilib.
Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Arif Vəliyev, Şəhid Nicat Qasımlının atası Elşən Qasımov, Vüsal Şəhriyarovun atası Təbiyyət Şəhriyarov və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Şəhidin Vətən naminə fədakarlıqlarından, İgidlik və Qəhrəmanlıqlarından söz açılıb.
Onunla Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.
Ailəsinə, valideynlərinə-anası Tatış xanıma və atası Təbiyyət Şəhriyarova, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.
Cənnətdəki üçüncü doğum günü təbrik edilib.
Şəhidin atası Təbiyyət Şəhriyarov da özü və ailəsi adından hər kəsə minnətdarlığını bildirib, hər iki övladı-hər iki oğlu ilə birlikdə Vətənin müdafiəsində dayandığını, Qəhrəman bir ailə olduğunu dilə gətirib.
Çıxışlardan sonra məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclisdə ailə üzvləri, yaxınları, Qobustan, Ağsu, Şamaxı və Bakıdan olan Şəhid ailələri, Qazilər, hərbçilər, Xüsusi Tətinatlılar, yerli ziyalılar, məsul şəxslər və digərləri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Vüsal Şəhriyarov 2001-ci ilin 11 dekabr tarixində Qobustan rayonunun Çalov kəndində-sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri olub…
Tək bacısı Türkanə xanım və qardaşı Anar hazırda ailəlidir…
2008-ci ildə Yaşar Sadıqov adına Çalov kənd ümumi orta məktəbə gedib…
2010-cu ilin yanvar ayında isə təhsilini donduraraq A.O.Çernyoviski adına Qobustan şəhər 1 saylı tam orta məktəbə gedib və 2019-cu ildə həmin məktəbi bitirib…
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2020-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
İyul-Tovuz döyüşlərinin, sonra isə İkinci Vətən Müharibəsinin iştirakçılarından olub…
Müharibənin ilk günündən son gününəcən döyüşlərdə iştirak edib…
Müharibədən sonra “Kəlbəcərin azad olunması görə” medalı ilə təltif olunub…
Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb, “Komando”da fəaliyyətə başlayıb…
2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilmiş 23 saatlıq Antiterror əməliyyatı zamanı Xocalı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi 21 sentyabr 2023-cü il tarixində Çalov kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
O, həm də Qobustan rayonunun yeganə Antiterror Şəhididir…
22 yaşlı Şəhidimiz eyni zamanda, subay olub…
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 24 yaşı mübarək olsun!
Nur içində yatsın!
14:50
***
FOTOLAR:










***










***













***






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





