Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün həm sahədə, həm masada hökm verən verən Azərbaycandır.
Etikxeber.az xəbər verir ki, bunu professor, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib.
Qeyd edib ki, bu günə kimi, status-kvo mövcud idi, ancaq indi yoxdur.

“Azərbaycan xalqının bağrından qopan Azərbaycan Ordusu, Ali Baş Komandan bu status-kvoya son qoydu. İndiyə qədər təmas xətti var idi, indi o da yoxdur, Azərbaycan xalqının bağrından çıxan Azərbaycan Ordusu həmin təmas xəttini vurdu, dağıtdı. Bu günə kimi, bir çox xarici şirkətlər qanunsuz şəkildə işğal olunmuş ərazilərimizdə erməni separatçıları ilə birlikdə sərvətlərimizi talan, istismar edirdilər. Artıq bundan sonra o da olmayacaq. Çünki sentyabrın 27-dən bu yana aparılan uğurlu əməliyyatlarla vəziyyət tamimilə dəyişdi, dəyişdirildi…”-deyə, M. Qasımlı sözlərinə əlavə edib.
Etikxeber.az