Həm Şuşalı, həm də Bakılı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin dörd övladından biri, subay-ALLAHVERDİ ALLAHVERDİYEVİN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR – 23 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, ŞƏHİDİN OCAĞINA “XARIBÜLBÜL” SİMVOLU TƏQDİM EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Əslən Şuşalı, özü isə Bakılı, Buzovnalı olan İkinci Vətən Müharibəsi Şəhidi Allahverdi Əli oğlu Allahverdiyevin bu gün doğum günüdür.

Allahverdi Allahverdiyevin bu gün 23 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün Şəhidin Buzovna qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi təşkil olunub.

Bir daha ruhuna dualar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik edilib.

Eyni zamanda, “Odlar yurdu” qrupu və tanınmış iş adamı Mübariz Mənsimovun adından Şəhidin anasına, ocağına “Xarıbülbül” simvolu təqdim olunub.

Simvolu adıçəkilən qrupun tanınmış üzvü Azər Hüseynov təqdim edib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı təşkil edilmiş məclisdə ailə üzvləri, yaxınları, Bakıdan olan Şəhid ailələri, Şuşalı Qazilər və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Allahverdi Əli oğlu Allahverdi oğlu 2001-ci ilin iyul ayının 9-da Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində dünyaya gəlib.

Ailənin dörd övladından, iki qardaşdan biri, evin sonbeşiyi idi.

Hazırda bacıları və tək qardaşı Anar Allahverdiyev ailəlidir.

Anar Allahverdiyev həm də Aprel döyüşlərinin iştirakçılarından olub.

2007-2018-ci illərdə Bakı şəhərində yerləşən 238 saylı tam orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2019-cu ilin yayında həqiqi hərbi xidmətə çağırılıb.

İkinci Vətən Müharibəsinə də Azərbaycan Ordusunun Əsgəri kimi qatılıb.

Müharibənin ilk günündə-sentyabrın 27-də də Talış-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, sentyabrın 28-də Buzovna qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

Allahverdi Allahverdiyev eyni zamanda, Şuşanın 9 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Buzovnada adını daşıyan küçə var.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 23 yaşı mübarək olsun!

Nur içində yatsın!

13:50

***

FOTOLAR:

17:00

***

18:00

***

18:39

DAYISI İLƏ EYNİ GÜNDƏ DÜNYAYA GƏLƏN VƏ BU GÜN 2 YAŞI TAMAM OLAN BALACA YUSUF…2 YAŞI MÜBARƏK VƏ DAYISININ RUHU DAİM KÖMƏYİ OLSUN!

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

ARB, ATV və “ARB Günəş”in yayımı-3 SAATLIQ DAYANDIRILACAQ

Read Next

Pezeşkian Əliyevi İrana rəsmi-SƏFƏRƏ DƏVƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir