Həm Xarici İşlər, həm də Müdafiə Nazirliyi bugünə xüsusi hazırlaşmalı idi – POLİTOLOQ

“Dağlıq Qarabağda “referenduma” start verilib. Hələ ki, cəbhə bölgəsində sakitlikdir. Əslində həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi bugünə xüsusi hazırlaşmalı idilər. Hərəsinin öz missiyası olmalı idi bu “referendumla” bağlı. Gün hələ yeni başladığından axşama qədər nələrin baş verəcəyini söyləmək çətindir. Bu separatçılar üçün elə bir gün olmalıdır ki, Xankəndi hava limanının təmirindən sonra “uçuşlara başlayaq, yoxsa başlamayaq” qədər düşündürücü suala çevrilməlidir”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, Azərbaycan XİN isə artıq qollarını çırmalayıb işə başlamalıdır:

“Məsələ burasındadır ki, separatçıların yaydıqları xəbərə görə, Dağlıq Qarabağdakı “referendumu” Rusiyadan, Bolqarıstandan, Boliviyadan, Almaniyadan, hətta, Avropa Parlamentindən 100-ə yaxın mühaşidəçi izləyir.

Əlbəttə, istisna etmirəm ki, rəqəm şişirdilib. Ancaq əgər bu ölkələrdən həqiqətən kimlərsə bu “referenduma” müşahidəçi qismində iştirak ediblərsə, onların adları və statusları müəyyənləşdirilib, adıkeçən hər bir ölkəyə nota göndərilməlidir.

Bu, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası qədər prinsipial məsələdir”.

Etikxeber.az

Read Previous

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb – NAZİRLİK

Read Next

Şevçoviç Bakıda 4 ölkənin nazirləri ilə görüşlər keçirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir