Həm yoluxmada, həm ölüm sayında artım-3712 VƏ 35…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 109 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 69 931 nəfər müalicə olunaraq sağalıb, 1 291 nəfər vəfat edib, aktiv xəstə sayı 38 591 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 402, ötən müddət ərzində isə ümumilikdə 1 682 234 test aparılıb.

Etikxeber.az

Read Previous

“Hara baxır və baxırdı Avropa, Qərb ölkələri?!”-MİLLƏT VƏKİLİ

Read Next

“Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”-CEYHUN BAYRAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir